Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Qran-Sabana rayonunda qəzaya uğrayan təyyarənin göyərtəsində Venesuela Silahlı Qüvvələrinin 3 polkovniki və bir serjantı olub.
Məlumata əsasən, hələlik hərbçilər arasında sağ qalanların olub-olmaması məlum deyil.
Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir. Qəzanın baş verməsi barədə rəsmi məlumat yayılmayıb.