Venesuela prezidenti Nikolas Maduro mühəndis İqor Qavidiyanı energetika naziri təyin edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezident əhaliyə müraciətində deyib.

Maduro əvvəllər nazir postunu tutmuş Luis Alfredo Dominqes Mottaya minnətdarlığını bildirib və keçmiş nazirə "inqilab çərçivəsində yeni vəzifələrin icrasına hazır olmaq" barədə göstəriş verib.

Qeyd edək ki, ötən həftə Venesuelada yenidən elektrik enerjisi geniş miqyasda kəsilib və ölkənin 23 ştatında sakinlər işıqsız qalıblar.