ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edib.

Trend-in ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar xüsusilə Venesuelanın Mərkəzi Bankı və Nikaraquanın "Corporativo" bankına aiddir.

Bundan əlavə sanksiyalar siyahısına Nikaraqua vətəndaşı Orteqa Murillo və Venesuela vətəndaşı Ruzz Terana qarşı tətbiq edilib.

Bundan əlavə, ABŞ Kubanın Kəşfiyyat Xidməti ilə əlaqəsi olan 5 təşkilata qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, ABŞ Kubada qohumları olmayan vətəndaşlarına bu ölkəyə səfəri məhdudlaşdıracaq. Həmçinin məhdudiyyətlər ABŞ vətəndaşlarının Kubaya pul köçürmələrinə toxunacaq.