Bu gün Litvada prezident seçkilərində səsvermə başa çatıb.

Leqal.info-nun Trend-ə istinadən məlumatıan görə, yerli vaxtla saat 20:00-da səsvermə hüququna malik 2,472 milyon vətəndaşın (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır)səs verə biləcəyi ölkə üzrə 2 minə yaxın məntəqə bağlanıb.

Məlumata əsasən, saat 18:00 üçün səsvermədə 50,43 faiz vətəndaş iştirak edib.

Litvanın prezidenti postuna 9 namizəd var.