Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevi saxlamaq üçün ötən gün keçirilən əməliyyat zamanı girov götürülmüş 6 nəfər hərbi qulluqçu sərbəst buraxılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə A.Atambayevin qərargahından bildiriblər.

Xatırladaq ki, ötən gün ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən keçirilən və nəticəsiz qalan əməliyyat zamanı 1 nəfər təhlükəsizlik zabiti ölüb, 52 nəfər də yaralanıb.

Barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanmış A.Atambayev iyun ayında toxunulmazlıq hüququndan məhrum edilmişdi.