Leqal.Info

SON DƏQİQƏ

Şəfəq Ağacan aclıq aksiyası keçirmir - Penitensiar Xidmət

Şəfəq Ağacan aclıq aksiyası keçirmir
2-10-2019, 13:34 41 045 dəfə baxılıb

Penitensiar Xidmət həbsdə olan Şəfəq Ağacanın aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Leqal.info-nun xəbərinə görə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”a deyib ki, Ş.Ağacan heç bir aclıq aksiyası keçirmir.

Onun sözlərinə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş qadın su və qida qəbul edir: “Penitensiar Xidmətin rəhbərliyindən olan rəsmi şəxs İstintaq Təcridxanasında məhkumların və həbs edilmiş şəxslərin qəbulunu keçirib. O cümlədən Şəfəq Ağacan da həmin qəbulda olub, onunla söhbət edilib. Şəfəq Ağacan heç bir probleminin olmadığını, aclıq aksiyası da keçirmədiyini bildirib”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Xatırladaq ki, Ş.Ağacan “Bakupress” milli informasiya agentliyinin rəhbəridir.


www.leqal.info

Teqlər: Penitensiar Xidmət, Şəfəq Ağacan, aclıq aksiyası

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI