Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanda hakimlərin sayı azdır - Nazirlik rəsmisi

Azərbaycanda hakimlərin sayı azdır
7-11-2019, 16:06 38 097 dəfə baxılıb

“Azərbaycanda hər 100 min nəfərə düşən məhkəmə hakimlərinin sayı Avropa ölkələri ilə müqayisədə çox azdır”.

"Leqal.info" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Ədliyyə Nazirliyinin nümayəndəsi Aynur Sabitova deyib.

“Hazırda Avropa ölkələrində hər 100 min nəfərə 20 hakim düşürsə, bizdə bu rəqəm 6-dır. Hazırda dövlət bu rəqəmi artırmağa çalışır”, - deyə o qeyd edib.

Nazirlik təmsilçisi ölkədə kommersiya məhkəmələrinin gələn ildən fəaliyyətə başlayacağını da qeyd edib: “Hazırda həm inzibati, həm də kommersiya işlərinə inzibati-iqtisadi məhkəmələrdə baxılır. Gələn ildən isə kommesiya işləri ayrılacaq və onlara kommersiya məhkəmələrində baxılacaq”.


www.leqal.info

Teqlər: Ədliyyə nazirliyi, hakim

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI