Leqal.Info

SON DƏQİQƏ

Canan Karataydan koronavirusla bağlı maraqlı - AÇIQLAMA

Canan Karataydan koronavirusla bağlı maraqlı
29-05-2020, 14:07 28 892 dəfə baxılıb

Çindən yayılmağa başlayan və dünyanı gərginlikdə saxlayan koronavirusla bağlı türk professor Canan Karatay maraqlı təklif səsləndirib.

O bildirib ki, sözügedən virusun digərilərindən fərqi yoxdur və adi qrip infeksiyasıdır, onunla mübarizənin ən yaxşı yolu immunitet sistemini gücləndirməkdir.

Karatay virusdan qorunmağın yolunu bu şəkildə açıqlayıb:

"Ev qatığı, ev sirkəsi, kristal qaya duzu, bol miqdarda kələm turşusu, kələm, brokoli, gül kələm və turp yeyərsinizsə, immunitetiniz güclənəcək və qrip infeksiyasına yoluxmazsınız. Çünki biz onsuz da əsrlər boyudur bədənimizdə viruslarla yaşayırıq."

Karatay, "texnologiya bu qədər inkişaf etsə də, viruslarla bağlı problemi həll edə bilməmişik", - deyə bildirib və belə davam edib:

"Hər il, hər fəsildə, rənglərini, formalarını dəyişirirlər. Unutmayın ki, texnologiya bu qədər inkişaf etsə də, hələ də virusları idarə edə bilmirik. Qidalanmağınıza fikir verin. Paketlənmiş, yəni hazır qidalardan uzaq durun. Turp yesəniz, turp kimi olacaqsınız, fısdıq yesəniz, fısdıq kimi olacaqsınız."


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI