Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı APA-ya məlumat verib.

Onun sözlərinə görə, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər saatlarında mümkün olacaq.

“Azərsu” rəsmisi qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.