Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib.

Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.

***

Saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir. Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.

Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

***

Saat 21:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.