Leqal.Info

SON DƏQİQƏ

"Qaçqınkom" sədri yanğın baş verən əraziyə gəlib

10-04-2019, 13:10 64 802 dəfə baxılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev yanğın baş verən Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda məcburi köçkünlərin yaşadığı binaya gəlib.

Leqal.info xəbər verir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı məlumat verir.

R.Rzayev sakinlərin müraciətlərini dinləyib.

O deyib ki, hər gün komitəyə yüzlərlə müraciət daxil olur: "Yararsız vəziyyətdə olan binalardakı məcburi köçkünlər mərhələli şəkildə köçürüləcəklər. Sadəcə, bunun üçün zaman lazımdır".

Ərazidə olan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Qərib Məmmədov “Report”a deyib ki, yanğın baş verən binadan indiyə qədər 39 ailə köçürülüb: “Hazırda binada 101 ailə yaşayır”.

Qeyd edək ki, yanğın söndürülüb.


www.leqal.info

Teqlər: Qaçqınkom, Rövşən Rzayev

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI