Leqal.Info

SON DƏQİQƏ

Ziyafət Əsgərov deputatlara irad bildirdi - ona Siyavuş Novruzov cavab verdi

Ziyafət Əsgərov deputatlara irad bildirdi
17-05-2019, 12:55 55 496 dəfə baxılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Ziyafət Əsgərov deputatlara irad bildirib.

Leqal.info-nun “Report”a istinadən xəbərinə görə, Z.Əsgərov deyib ki, plenar iclasda qanun layihəsi ilə bağlı çıxış etmək lazımdır.

O qeyd edib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil: “Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

Siyavuş Novruzov isə Z.Əsgərova cavab olaraq deyib ki, elə məsələlər var, bu gün burada deyilmirsə, bunu sosial şəbəkədə, başqa yerdə deməyin əhəmiyyəti yoxdur: “Milli Məclisin üzvləri milləti, cəmiyyəti və dövləti narahat edən məsələləri qaldırmalıdır. Deputatlar Azərbaycana qarşı ədalətsiz təzyiqlərə qarşı mövqelərini bildirmək istəyirlər. Burada hansısa qanundan asılı olmayaraq bir vətəndaşlıq, deputat borcudur ki, problemlər qaldırılsın və münasibət bildirilsin”.


www.leqal.info

Teqlər: Milli Məclis, Ziyafət Əsgərov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI