Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş mərasimdə medalları Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov təqdim ediblər.
Təltif olunmuş media mənsubları arasında Milli.Az-ın baş redaktor müavini, siyasi şərhçi Elçin Alıoğlu da vardı.