Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

03 oktyabr 2017 - 18:08

Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Oxunma sayı:77

PAYLAŞ:


Açar sözlər:Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırıb

Bağla X