Leqal.Info

SON DƏQİQƏ

18:29 - Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanıldı

17:37 - Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edildi - “E-Təbib”-dən AÇIQLAMA

17:07 - BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

14:10 - Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürüldü

21:51 - Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür - Türkiyənin Səhiyyə naziri

21:43 - Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır - Qənirə Paşayeva

21:24 - ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

21:14 - Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başlayıb

21:03 - Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü - RƏSMİ

19:30 - Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi - FOTO

19:18 - Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanılıb

19:04 - Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanıldı

18:35 - Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəldi - RƏSMİ

15:55 - Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələndi - FOTO

15:00 - Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edilib - FOTOLAR

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan - 20 mln ton neft hasil edilib

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan
5-11-2019, 14:34 45 233 dəfə baxılıb

Bu ilin üç rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.

“Leqal.info” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

“Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000 barel), “Mərkəzi Azəri” (133 000 barel), “Qərbi Azəri” (121 000 barel), “Şərqi Azəri” (92 000 barel), “Dərinsulu Günəşli” (95 000 barel) və “Qərbi Çıraq” (59 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub”, məlumatda deyilir..

Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. “Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb", - məlumatda bildirilir.

Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.


www.leqal.info

Teqlər: Azəri-Çıraq-Günəşli

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI