Leqal.Info

SON DƏQİQƏ

Abşeron Logistika Mərkəzi növbəti ilkə imza atdı

Abşeron Logistika Mərkəzi növbəti ilkə imza atdı
25-08-2020, 11:17 25 173 dəfə baxılıb

Abşeron Logistika Mərkəzi yükdaşımaları sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.

Mərkəzdən Leqal.info-ya verilən məlumata görə, iqtisadiyyatın inkişafına daha da dəstək verəcək növbəti layihəyə imza atılaraq 24 avqustda beynəlxalq konteyner daşımaları üzrə dünyada aparıcı şirkətlərdən biri olan COSCO SHIPPING Lines ilə mərkəz arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu əməkdaşlıq sayəsində, Azərbaycan beynəlxalq yükdaşımalarında ilk dəfə olaraq son təyinat nöqtəsi kimi qeyd olunacaq və bu təyinat nöqtəsi məhz Abşeron Logistika Mərkəzi olacaq.

Bu əməkdaşlıq yük sahiblərinə də böyük fayda qazandıracaqdır. Belə ki, Gürcüstan dəniz limanlarında konteynerlərin geri qaytarılması üçün mövcud olan “free time” (limitli vaxt) Abşeron Logistika Mərkəzində tətbiq olunmayacaq. Bu isə sahibkarların vaxt və xərclərlə bağlı narahatlığının qarşısını alacaqdır.

Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərın optimallaşdırılması yük sahiblərinin ölkəmizə olan marağını artıracaqdır. Logistika və ticarət sahəsində xarici ekspertlərlə əməkdaşlıq edilməsi Azərbaycanın beynəlxalq yükdaşımalarda regional qovşaq kimi əhəmiyyətini artıracaq. (Qafqazinfo)


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI