Leqal TV / Video

  


Gündəm


«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

07 oktyabr 2017 - 09:05

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi ilə bağlı - Bəyanat

Hörmətli KİV nümayəndələri,

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidmətindən rəhbərliklə bağlı Leqal.info-ya Bəyanat xarakterli məlumat daxil olub. Müraciəti olduğu kimi təqdim edirik.
Nəzərinizə çatdırmaq istəyirik ki, ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. Çox təəssüflər olsun ki, bu cür dezinformasiya bir neçə media orqanı tərəfindən dəqiqləşdirilmədən tirajlanıbdır.
Bildirmək istəyirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır.
Xahiş edirik ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı informasiyaları yaymamışdan qabaq ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayasınız.
“Sumqayıt Texnologiyalar Parkı” MMC olaraq Sizinlə sağlam əməkdaşlığa hər zaman önəm veririk və bu əməkdaşlığın davamlı olmasını diləyirik.

Leqal.info
Oxunma sayı:54

PAYLAŞ:


Açar sözlər:“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi ilə bağlı Bəyanat

Bağla X