Bayıldakı sürüşmə ərazisində yerləşən evlərə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət agentliyinin Azərinşaat Layihə İnstitutu tərəfindən baxış keçrilir.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, hazırda ərazidəki evlərin ünvan və nömrələrinin dəqiqləşdirilməsi işi aparılır. Artıq 30 dan çox evdə bu işlər yekunlaşıb.

Bundan əlavə, evlərin otaq sayı, o cümlədən həmin evdə daimi yaşayan şəxslərin kimliyinin dəqiqləşdirilməsi işi həyata keçirilir.

Azərinşaat Layihə İnstitutu əməkdaşlarının verdiyi məlumata görə, sürüşmə ərazisində yerləşən və təhlükəli hesab olunan 250-yə yaxın evin qeydiyatı bir neçə gün ərzində yekunlaşacaq.

Qeyd edək ki, bu ərazidən insanların köçürülməsi artıq yekunlaşıb. Lakin əksər evlərdən əşyalar hələ də çıxarılmayıb.
Bayıldakı sürüşmə ərazisində yerləşən evlərin sahəsi və qeydiyyatda olanların sayı dəqiqləşdirilir