Leqal.Info

SON DƏQİQƏ

Azərbaycan Cənub Qaz Dəhlizinin aparıcı qüvvəsidir - VİDEO

Azərbaycan Cənub Qaz Dəhlizinin aparıcı qüvvəsidir
30-05-2018, 20:57 73 601 dəfə baxılıb

Ölkəmizin neft ehtiyatları XXI əsrin II yarısında da tükənməyəcək. Bakıda keçirilən "Xəzər Neft və Qaz-2018" beynəlxalq konfransının 2-ci günündə bu sahədə həyata keçirilən layihələr, yatırılan sərmayələr və digər məsələlər müzakirə edilib. Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, Azərbaycan dünya neft bazarında olan proseslərin stabilləşməsində mühüm rol oynayıb. Və SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla regionda bu sahədə həyata keçirilən böyük layihələrin aparıcı qüvvəsini təşkil edir.

"Azərbaycan OPEC-ə təbii ki, ən erkən müddətdə qoşulub və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək neft bazarında olan proseslərin stabilləşməsində mühüm rol oynayib.Bunu Azərbaycanin energetika naziri Pərviz Şahbazov bu gün Bakida keçirilən "Xəzər Neft və Qaz-2018" 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamani bildirib.

Nazir qeyd edib ki, cari proqnozlara əsasən neft və qaz növbəti onilliklərdə də mühüm mövqeyə sahib olacaq.Bu tendensiya Azəraycanın da dünya dövlətləri arasında mövqeyinin daha da möhkəmləndirilməsinə kömək edəcək. Pərviz Şahbazovun sözlərinə görə dünyanın neft sənayesində baş verən meyillər Azərbaycanın neft siyasətinə də təsirsiz ötüşməyəcək.

Konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün müxtəlif imkanlar mövcud olsa da, Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verildi.''Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarina çıxarilması təşəbbüsü ilə çıxış edərək, Cənub Qaz Dəhlizi layihəsinin əsas ideya müəllifi Azərbaycan oldu".-deyə Rövnəq Abdullayev əlavə edib.

Rövnəq Abdullayev Cənub Qaz Dəhlizi layihəsini müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa layihə adlandırıb.SOCAR prezidenti qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir.

Bu arada "Xəzər Neft və Qaz-2018" 25-ci Yubiley Beynəlxalq konfransı öz işini panellərlə davam etdirib. Müxtəlif mövzulu panellərdə neft və qaz sahəsində həyata keçirilən layihələr, qoyulan sərmayələr,eləcə də qarşıda duran problemlər və onların həlli yolları müzakirə edilib.


VİDEO



www.leqal.info

Teqlər: Azərbaycan Cənub Qaz Dəhlizinin aparıcı qüvvəsidir - VİDEO

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI