Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi noyabr ayında 0,29 faiz bəndi artaraq ötən il dekabrın 1-nə 6,85% təşkil edib.

"Leqal.info"nun Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən verdiyi xəbərə görə, bununla da oktyabrda kəskin eniş edən faiz dərəcəsi yenidən artmağa başlayıb.

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 0,2 faiz bəndi artaraq 4,73%-dən 4,93%-ə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,8%, xarici valyutada isə 4,93% təşkil edib.