Leqal.Info

SON DƏQİQƏ

"Ölkədə 972 min sahibkarlıq subyekti var" - Məmməd Musayev

25-04-2019, 19:00 56 909 dəfə baxılıb

“Hazırda ölkədə qeydiyyatdan keçmiş 972 min sahibkarlıq subyekti var, onların 130 mini hüquqi şəxslərdir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “Leqal.info”ya daxil olan məlumata görə, bunu sözügedən qurumun prezidenti Məmməd Musayev 25 aprel “Sahibkarlar Günü” ilə bağlı qeyd edib.

Onun sözlərinə görə, Vergilər Məcəlləsinə ciddi əlavə və dəyişikliklər edilib: "Nəticədə kiçik və orta sahibkarlar mənfəətdən 75% həcmində güzəşt əldə ediblər. Gömrük Məcəlləsində nəzərdə tutulan “Yaşıl Dəhliz” prinsipi ilə işləmək isə sahibkarların idxal-ixrac əməliyyatlarını vaxt itirmədən, rahat şəkildə aparmasına imkan yaradır. Artıq ÜDM-də özəl sektorun payı 85%-ə çatıb və özəl sektor ilə dövlət arasında dialoqun qurulmasında Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına qoyduğu hədəflər üzərində səylə çalışır”.

M.Musayev qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb. Ümumulikdə, ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub, ASK-nın prezidenti qeyd edib.


www.leqal.info

Teqlər: Məmməd Musayev, Azərbaycan Sahibkarlar Konfederasiyası, Sahibkarlar Günü

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI