Leqal.Info

SON DƏQİQƏ

Bakıda kran aşdı, ölən var - Fotolar

Bakıda kran aşdı, ölən var
4-09-2020, 17:52 32 183 dəfə baxılıb

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Leqal.info xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.

***

Səhiyyə Nazirliyindən Leqal.info-ya daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

***

Kran 23 saylı 11 illik Musiqi Məktəbinin yerləşdiyi binanın üstünə düşüb. Binanın altında məktəb yerləşir, üstü yaşayış binasıdır.

***

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb: "Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb".

***

Kran "Azadlıq bağçalı evlər" kompleksinin tikintisi zamanı aşıb.

***

Kranın aşması nəticəsində vəfat edən şəxsin cənazəsi bu dəqiqələrdə ərazidən götürülüb. Onun aşan kranın altında qaldığı bildirilir.

***

Ölən şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.
Bakıda kran aşdı, ölən var
Bakıda kran aşdı, ölən var
Bakıda kran aşdı, ölən var
Bakıda kran aşdı, ölən var


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI