Xəzər rayonunun Qala qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da saat 8 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Famil Qubatov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Vəfa Ələsgərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Leqal.info