Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanda nazirlik işçisi qəzada öldü

Azərbaycanda nazirlik işçisi qəzada öldü
27-03-2018, 22:15 33 599 dəfə baxılıb

Ağdam rayonunun Eyvazlı kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, “VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil “Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb.

Qəzada ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlardan biri isə “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.

Qəzanın səbəbləri araşdırılır.


www.leqal.info

Teqlər: Azərbaycanda nazirlik işçisi qəzada öldü

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI