Goranboyda hərəkətdə olan avtomobil aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda baş verib. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində, sürücü 1996-cı il təvəllüdlü Əli Əliyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.