Leqal.info bildirir ki, “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə F.Hacıyevin vəkili Elçin Əliyev deyib ki, məhkəmədə ifadə verən bir neçə şahid istintaqa verdiyi ifadəsini təkzib edib: "Həmin şəxslər ifadələrindəki imzaların onlara aid olmadıqlarını bildirdilər. Xahiş edirəm, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası keçirilsin".
Müğənni F.Laçının vəkili Türkel Süleymanlı "Qoca" qatardan qaçarkən istifadə etdiyi açarın maddi sübut kimi istintaq orqanından alınmasını istəyib.
F.Laçın vəsatətə münasibət bildirərkən söyləyib ki, E.Məmmədov açarı ondan istəyən zaman qatardan qaçacağını deməyib: "O, məndən açarı istəyəndə həbsxanada qəfəsin qapısını açacağını demişdi".
Məhkəmə vəsatəti təmin etməyib. Proses oktyabrın 29-da davam etdiriləcək.