Daxili İşlər Nazirliyindən “Leqal.info”ya verilən məlumata görə, oğurluqlar ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən edilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.