Leqal.Info

SON DƏQİQƏ

Bakıda cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

Bakıda cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb
23-07-2019, 14:31 174 751 dəfə baxılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Leqal.info"ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Şahmirzə Hilal oğluna qardaşı Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gələn qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


www.leqal.info

Teqlər: cəzaçəkmə müəssisəsi, narkotik vasitə

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI