Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.

Leqal.info Femida.az-a istinadən xəbər verir ki, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.

Sakinlərin şikayəti əsasında məhəllədə altı aylıq karantin elan edilib.

Hazırda digər heyvanlar arasında quduzluğun olub-olmaması araşdırılır.