Leqal.Info

SON DƏQİQƏ

Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq

Azərbaycanın turizm potensialı Hindistanda təqdim olunacaq
21-08-2019, 13:00 78 652 dəfə baxılıb

9-13 sentyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Dövlət Turizm Agentliyindən Leqal.info-ya verilən məlumata görə, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.


www.leqal.info

Teqlər: Hindistan, turizm, Azərbaycan

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI