13:00 - Deputatların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğunun nəticələri - açıqlandı
12:24 - "Bələdiyyə seçkilərində qadınların iştirak faizinin artımı gözlənilir" - Hicran Hüseynova
02:50 - Barmaqlarınızda tez-tez keyimə olur? - DİQQƏT
02:42 - Keniyada bina çökdü, ölənlər var
02:39 - Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub
02:36 - Abşeronda toy mərasimində əslən iranlı şəxs bıçaqlanıb
02:32 - Ukraynada Zelenskinin ofisi yaxınlığında yeni etiraz aksiyası başladı
00:02 - sözü insanların üzünə çırpırsınız və bu, çoxlarının xoşuna gəlmir
22:35 - Gürcüstanda balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
22:00 - Rəfael Dadaşov: "Canıma qorxu düşdü" - Video
16:03 - Gənc jurnalist Parlament Seçkilərində iştirak edəcək - Foto
15:30 - Narın kimlərə ziyanı var? - DİQQƏT!
15:20 - İtaliyada ermənipərəst parlamentar qanunsuz əməllərdə ittiham olunur
Jurnalistlər üçün inşa olunan ikinci binada sənədləşmənin hansı qaydada aparılacağı - məlum olub
"Bu gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinləri ilə notarial qaydada müqavilələr (bağışlanma müqaviləsi) bağlanacaq".
Bunu "Leqal.info"ya açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
O bildirib ki, daha sonra həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil veriləcək: "Dövlət Komitəsi də təyin etdiyi vaxtda SMS vasitəsilə sakinlərə məlumat göndərəcək. Bunun rüsumu ödəniləcək və elektron qaydada çıxarışlar alınacaq".
V.Səfərli xatırladıb ki, jurnalistlər üçün tikilən üçüncü bina 2020-ci ildə hazır olacaq: "Üçüncü bina 3 girişli 255 mənzildən ibarətdir. Gələn il vaxtı çatanda bütün meyar və şərtlər məlum olacaq. 4-cü binaya hazırlıq işləri barədə isə heçnə deyə bilmərəm. Yəqin ki, bu barədə məlumatlar gələn il bilinəcək. Hələ ki, bir şey yoxdur".