“Çiçək” ləqəbli aparıcı Şəhla Vakkas efirə qayıdır.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, Çiçəyin ötən mövsüm yayımlanan “Şans mələyi” verilişi yenidən efirə gedəcək.

Artıq proqramın yeni buraxılışının hazırlıqlarına başlanılıb.

Qeyd edək ki, ötən televiziya mövsümündə “Çiçəkli dəqiqələr” və “Şans mələyi” proqramlarına aparıcılıq Ş.Vakkas yeni mövsümdə efirdən uzaqlaşmışdı. O, açıqlamasında bildirmişdi ki, Araz FM-də işlərinin çoxluğundan televiziyaya çatdırmır.

Xatırladaq ki, Şəhla hazırda Araz FM-də baş redaktor vəzifəsində çalışır.