Qızı Pərvanə Dostəliyevaya təcavüz etməkdə ittiham olunan Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin yaşadığı yerin görüntüləri yayılıb.

“Leqal.info” xəbər verir ki, axşam.az saytının əməkdaşları A. Dostəliyevin yaşadığı evə gediblər. Onun qızının dediyi kimi kiçik bir “butka”da yaşadığı məlum olub. Ancaq A.Dostəliyev məkanda çəkiliş aparılmasına icazə verməyib.

O, gah “Əhmədlidə evim var, gəlib ailəmlə orada çəkərsiniz”, gah da “Buraları səliqəyə salandan sonra gəlin” sözlərini deyərək, danışmaqdan imtina edib.

Bundan başqa, məlum olub ki, Dostəliyev “butka”sının ətrafını itlərin köməyilə qoruyur. Ətrafdakı şəxslərin iddiasına görə, o, sözügedən yerdə yaşayır və itlərin sayəsində özünü qoruyur.

Ağalar Dostəliyev bu şəraitdə yaşamasını və ya özünün iddia etdiyi kimi işləməsini qınayanlara belə cavab verib: “Halal zəhmətimlə pulumu qazanıram. Heç kimdən kömək istəmirəm”.

Qeyd edək ki, A.Dostəliyev Pərvanənin anası Şəhla ilə rəsmi nikahda olmadığını, onun yüngül həyat tərzi keçirdiyini, qızın isə onun övladı olmadığını deyib. O bildirib ki, təcavüz iddiaları da Pərvanənin uydurmasıdır.
Nazpəri Dostəliyevanın qardaşı burda yaşayır