Azərbaycanda iki ay sonra yeni məhkəmələrin fəaliyyətə başlaması ilə əlaqədar yeni hakim korpusu formalaşdırılır.

"Leqal.info"nun xəbərinə görə, 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni inzibati və kommersiya məhkəmələrinin, habelə Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyaları üçün hakim korpusunun formalaşdırılması işi davam etdirilir.