Leqal.Info

SON DƏQİQƏ

18:29 - Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanıldı

17:37 - Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edildi - “E-Təbib”-dən AÇIQLAMA

17:07 - BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

14:10 - Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürüldü

21:51 - Qurban bayramında ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqi mümkündür - Türkiyənin Səhiyyə naziri

21:43 - Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri beynəlxalq ictimaiyyətə ünvanlanan prinsipial ismarışlardır - Qənirə Paşayeva

21:24 - ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq - Donald Tramp

21:14 - Azərbaycanda yeni elektron kommersiya platforması fəaliyyətə başlayıb

21:03 - Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü - RƏSMİ

19:30 - Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi - FOTO

19:18 - Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanılıb

19:04 - Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanıldı

18:35 - Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəldi - RƏSMİ

15:55 - Ağsuda yas mərasimi keçirən 18 nəfər cərimələndi - FOTO

15:00 - Qusara istirahətə gedənlər məsuliyyətə cəlb edilib - FOTOLAR

“...Elçiliyə getmək üçün diplomu var, yoxsa yox?” - İlham Əliyev

“...Elçiliyə getmək üçün diplomu var, yoxsa yox?”
26-11-2019, 21:00 46 045 dəfə baxılıb

"Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram".

"Leqal.info" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışında müəllim və tələbə heyətinə səslənib:

"O ki qaldı müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin".


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI