Leqal.Info

SON DƏQİQƏ

Şagirdlər üçün yay məktəbi təşkil olunacaq? - Təhsil Nazirliyindən açıqlama

Şagirdlər üçün yay məktəbi təşkil olunacaq?
22-05-2020, 16:18 31 009 dəfə baxılıb

"Bu günə olan vəziyyətə əsasən, deyə bilərəm ki, şagirdlər üçün yay tapşırıqlarının verilməsi, həmçinin yay məktəbinin təşkili nəzərdə tutulmayıb".

Leqal.info xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün yay məktəbinin təşkil edilməsi ilə bağlı heç bir qərar verilməyib:

"Çünki bizdən asılı olmayan məsələlər də var. Hələ bilmirik ki, yayda epidemioloji vəziyyət necə olacaq. Çalışırıq ki, verdiyimiz bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğunlaşdıraq".

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir.


www.leqal.info

Teqlər:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI