Leqal TV / Video

  


Gündəm


«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


Faydalı saytlar







XƏBƏR LENTİ

Digər Xəbərlər

07 oktyabr 2017 - 16:14

Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar

ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, İqor Popov və Endrü Şofer regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

APA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin başçılarının görüşünə hazırlığı müzakirə ediblər.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar: "Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib".

Bildirilib ki, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.

Qeyd edək ki, həmsədrlərin regiona iki günlük səfəri başa çatıb. Onlar Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.

Amerikalı həmsədr Endryu Şofer dünən Dağlıq Qarabağda olub.

Leqal.info
Oxunma sayı:58

PAYLAŞ:


Açar sözlər:Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar

Bağla X