Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Paşayeva Gülşən Məmmədəli qızı
Allahyarova Tahirə Bəkir qızı
Vəliyev Cavid İsmayıl oğlu
Məhəmmədi Məsiağa Əhməd oğlu
Sadıxov İsmayıl Ənvər oğlu.