Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Nazirlər Kabinetinin 2017-ci il hesabatı müzakirə edilib. Baş nazir Artur Rasizadə son 14 ildə ölkənin iqtisadi inkişaf tempini şərh edib. Bundan əlavə, bir sıra məsələlərin həlli ilə bağlı təkliflər də səsləndirilib. Əsas təkliflərdən biri problemli kreditlərlə bağlı olub.

Milli məclisin plenar iclasında nazirlər kabinetinin 2017-ci il üçün hesabatı müzakirə edilib.

Hesabat verən Baş nazir Artur Rasizadə 2017-ci ili maliyyə sabitliyi, iqtisadi artım və dərin islahatlar ili kimi xarakterizə edib. Baş nazirin sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində insanların rifah halı daha da yaxşılaşıb.

Artur Rasizadə 14 ilin iqtisadi göstəricilərini müqayisə edərək vurğulayıb ki, ölkəmizdə hər sahədə nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə edilib

Baş nazirin sözlərinə görə, sözügedən müddət ərzində dövlət büdcəsinin gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatlarımız 26.6 dəfə artaraq ötən ilin sonunda 42 milyard dollara çatıb. Baş nazir qeyd edib ki, müdafiə sənayesinə ayrılan vəsaitin məbləği 13.5 dəfə artırılıb, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsul istehsal edilir. Baş nazirin ordumuzun qüdrətinə rəğmən dağlıq qarabağ münaqişəsinin nizamlanmamasını ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirib.

Müzakirələr zamanı millət vəkilləri nazirlər kabinetinin 2017-ci il hesabatını yüksək qiymətləndiriblər. Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən islahatların səmərəli olduğunu vurğulayıblar. Millət vəkili Əli Məsimli iqtisadiyyatın inkişafına bank sektorunun töhfəsini artırmaq üçün bankların sağlamlaşdırılmasının vacibliyini qeyd edib. Millət vəkilinin sözlərinə görə, bununla paralel problemli kreditlərin həll edilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Bütün müzakirələrdən sonra nazirlər kabinetinin hesabatı səsə qoyularaq qəbul edilib.

VİDEO