Bakıda yeni avtomobil yolunun tikintisinə 45 milyon manat ayrılıb. Söhbət Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni salınan yoldan gedir. Sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir .
Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellərin inşası da planlaşdırılır. Bu məqsədlə layihəyə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü aparılıb. Tunellərin uzunluqları açıq və qapalı hissə nəzərə alınmaqla müvafiq olaraq 416 və 206 metr təşkil edəcək.Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən yeni yolun çəkilməsində məqsəd günün pik saatlarında həm Ziya Bünyadov prospektində, həm də Heydər Əliyev prospektində yaşanan nəqliyyat sıxlığının azaldılmasıdır
Yeni yolda tikinti işlərinin bu ilin sonu, gələn ilin əvvəlinə qədər yekunlaşdırılması planlaşdırılır. © xezerxeber.az
VİDEO