Prezident İlham Əliyev Elşən Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Leqal.info-nun məlumatına görə, sərəncamla Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, E.Salahov bu təyinatadək Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.