Leqal.Info

SON DƏQİQƏ

23:24 - FHN Şirvanda şadlıq evində zəhərlənmə haqqında - məlumat yayıb

22:29 - Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır - Leyla Abdullayeva

19:49 - Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə - telefonla zəng edib

19:46 - Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

18:19 - “Azəristiliktəchizat” “Azəriqaz”a borcunu - hələ də ödəmir

18:12 - Müxtəlif şəxslərə vurulan ziyanın 17 milyon manatdan artığı ödətdirilib - Bakı prokurorluğu

16:12 - Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

11:46 - "Azərbaycanda qaçqın statusu almaq istəyən xaricilərin sayı artıb" - DMX rəisi

11:37 - Ukrayna prezidenti övladlarına atalarının vəzifəsi ilə öyünməyi - qadağan edib

19:36 - DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı mərasimi keçirilib - FOTOLAR

18:12 - "Böyrəyimi 10 min manata satırdım, qan qrupum uyğun gəlmədi" - Zərərçəkmiş

17:59 - "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - EKSKLÜZİV

16:27 - Angela Merkel himni yenə - oturaraq dinləyib

16:18 - Rusiyanın Ermənistandakı bazası - cərimələnib

14:19 - Sabiq icra məmuruna - hökm oxunub

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib
15-05-2019, 15:10 56 586 dəfə baxılıb

*** 12:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonu qəbul edib.


"Leqal.info" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirib.

Dövlət başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu deyib və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirib və qeyd edib ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir.

İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olunub və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.leqal.info

Teqlər: Prezident İlham Əliyev

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI