Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Leqal.info"nun məlumatına görə, "VAZ-2107" markalı avtomobil "KaMAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Aytən Qafarova xəsarət alıb. O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.