Leqal.Info

SON DƏQİQƏ

"Azərsu" rəhbəri əhaliyə verilən suyun keyfiyyətindən danışıb

7-11-2019, 13:01 37 684 dəfə baxılıb

Bakıda su filtrlərinin reklamçıları "Azərsu"nun sakinlərə verdiyi suyu sərt şəkildə pisləyirlər.

Leqal.info-nun məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə "Azərsu"nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur. Bakıda əhaliyə verilən suyun keyfiyyəti yüksəkdir".

Q.Hüseynov, həmçinin korporativ binalarda suyun çirkli olması məsələsinə toxunub. O qeyd edib ki, korporativ binaların özlərinin su anbarları olur: “Su anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.


www.leqal.info

Teqlər: Azərsu, Qorxmaz Hüseynov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI