Bu barədə "Leqal.info"ya "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar olaraq, Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub.