Leqal.Info

SON DƏQİQƏ

14:15 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2 milyon manat dəyərində avadanlıq alır

14:04 - Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə - dəstək olmağa çağırıblar

13:56 - Bakı məktəbliləri erməni idmançılara qalib gələrək qızıl medal qazanıblar - FOTOLAR

13:46 - Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı - ölkəyə qaytarılıb

16:46 - Bakı xəstəxanasında yeniyetmə qız doğuş etdi - Şok

16:18 - Araz Ağalarov ilk dəfə Rusiyada “Sports World 2020” idman sərgisi təşkil edəcək

16:06 - Ötən ay nöqsanlara yol verən 1 nəfərə yazılı xəbərdarlıq, 7 nəfərə isə töhmət verilib - Təhsil nazirliyi

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

17:00 - "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev

15:45 - "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin - “Məşğulluq” altsistemi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
8-11-2019, 12:49 37 802 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) istifadəyə verilib.

"Leqal.info"nun xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, sistem Dövlət Məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verəcək: "Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Altsistem işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verəcək".

Nazir müavini qeyd edib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına da malikdir: "MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir".

Qeyd edək ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilən göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.


www.leqal.info

Teqlər: Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, “Məşğulluq” altsistemi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI