Leqal.Info

SON DƏQİQƏ

14:15 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2 milyon manat dəyərində avadanlıq alır

14:04 - Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə - dəstək olmağa çağırıblar

13:56 - Bakı məktəbliləri erməni idmançılara qalib gələrək qızıl medal qazanıblar - FOTOLAR

13:46 - Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı - ölkəyə qaytarılıb

16:46 - Bakı xəstəxanasında yeniyetmə qız doğuş etdi - Şok

16:18 - Araz Ağalarov ilk dəfə Rusiyada “Sports World 2020” idman sərgisi təşkil edəcək

16:06 - Ötən ay nöqsanlara yol verən 1 nəfərə yazılı xəbərdarlıq, 7 nəfərə isə töhmət verilib - Təhsil nazirliyi

17:46 - Məişətdə maye qazdan istifadə edənlərin nəzərinə - Qiymət dəyişməyəcək

17:31 - Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin - tapşırığı ilə geri qaytarıldı

17:22 - Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə - boya töküb

17:09 - Zahid Oruc Əli Əsədova - çağırış edib

17:00 - "Minimum pensiyanın artırılmasına dair işlər görüləcək" - Sahil Babayev

15:45 - "Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər" - Allahşükür Paşazadə

21:50 - "Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyib" - Dövlət başçısı

21:39 - Prezident İlham Əliyev Şirvan, Zərdab, Suraxanı, Yasamal və Xətaiyə yeni təyin olunan icra başçılarını qəbul edib

Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar - DYP-dən piyadalara XƏBƏRDARLIQ

Əks halda cinayət məsuliyyətinə cəlb olunacaqlar
8-11-2019, 12:58 37 883 dəfə baxılıb

İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir.

Bunu Leqal.info-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

Vaqif Əsədov Yol hərəkəti haqqında qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa, cərimə olunurlar: "Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərin yaxınlığında bu cür hallar daha çoxdur: "Ən çox piyadalavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir."

Vaqif Əsədov sürücülərə də müraciət edib. Bildirib ki, sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar: "Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibatı məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".


www.leqal.info

Teqlər: Vaqif Əsədov, piyadalar

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

GÜNDƏMHAMISI

ŞOU-BİZNESHAMISI

SOSİALHAMISI

MƏDƏNİYYƏTHAMISI