Leqal.info xəbər verir ki, 07.11.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya", 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin birgə təşkilatçılığı ilə həmin məktəbin bir qrup şagirdlərinə hər il ölkəmizdə   20 oktyabr-20 noyabr "UŞAQ HÜQUQLARI AYLIĞI" çərçivəsində "Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması" mövzusunda təlim keçirildi.

Təlimdə Məktəb "Kiçik Akademiya"nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov və təlimçi qismində MKA-nın İdarə Heyətinin sədri, MKA Ali Şurasının Fəxri üzvü, "Uşaq Hüquqlarının pilləli tədrisi" üzrə trener, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin məzun könüllüsü, Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin Maliyyə və mühasibat Falültəsi üzrə sədri Orxan Vəliyev iştirak etdi. Təlimi giriş sözü ilə  Lalə Nəsirova açaraq belə bir təlimin 53 №li tam orta məktəbdə MKA ilə əməkdaşlıq edərək təşkil etdikləri üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin heyətinə, şəxsən Ələsgər Əhmədova; Azərbaycan Dövlət İqtisad Universitetinin həmçinin həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin rəhbərliyinə və Orxan Vəliyevə təşəkkürünü bildirdi. Təlimçi Orxan Vəliyev şagirdlərə təlimin mövzularına uyğun olaraq Hüquq, Vəzifə, Qanun, Konstitutsiya, Uşaq hüquqları, Konvensiya, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları Konvensiyası, Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması haqqında ətraflı məlumat verib, ilkin, əsas anlayışların təşkilini təmin etdi. İnteraktiv təlimdə şagirlərlə fəal sorğu aparıldı. Şagirdlər təlimdən yüksək təəssüratla ayrıldılar. Sonda 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin "Könüllülər üzrə məsul şəxsi" Ələsgər Əhmədov çıxış edərək 53 №li tam orta məktəbin və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi və belə təlimlərin vacibliyindən söz açaraq qeyd edilən Təhsil müəssisələri eyni zamanda həmin müəssisələrdə fəaliyyət göstərən təşkilatlarla birgə fəaliyyət istiqamətində görüləcək işlərin davamlı olacağını bildirdi. Təlimdə fəal iştirak etmiş 5 şagird "Şəhadətnamə"lərlə təltif edildi.

Qeyd edək ki, "Kiçik Akademiya"lar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli, 63 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» nın icrası ilə əlaqədar yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etmək üçün yaradılmışdır.
Kiçik Akademiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bu gün akademiyalar bir çox uğurlara imza atır və akademiyanın üzvləri elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanır, onlara müxtəlif təlim və seminarlar keçirilərək müxtəlif sahələr üzrə biliklər aşılanır.

Ümumilikdə belə bir təlimin hər zaman təqdirəlayiq işləri ilə seçilən 53 №li tam orta məktəbdə keçirilməsi məktəb və "Kiçik Akademiya"nın, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən İqtisadçı Tələbələrə Dəstək İctimai birliyinin rəhbərliklərinin qarşıya qoyulmuş vəzifələri peşəkarlıq və səriştəliliklə yerinə yetirdiyinin göstəricisidir.
"UŞAQ HÜQUQLARI AYLIĞI" çərçivəsində "Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiə olunması" mövzusunda təlim keçirilib