Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.

Leqal.info-nun verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.

Nazirliyin müraciətinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Lider TV-nin rəhbəri Ədalət Əliyevdir.