"Leqal.info" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında orta hesabla gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm 2 qat artmışdır.
Qeyd olunmalıdır ki, Avropanın iri dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlət başçısınin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti